Çinin şimal-qərbindəki Yinçuan şəhərində restoranda partlayış olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 31 nəfər ölüb, 7 nəfər yaralanıb. Agentlik yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.Ölənlərin sayının artacağı istisna olunmur.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Şəbnəm Mehdizadə
