Məzmuna keç

Meksikada zəncirvari qəza: 5 nəfər ölüb, 14 nəfər yaralanıb

Meksikada 10-dan çox avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar göndərilib.

Rəsmilər qəzadan sonra bəzi avtomobillərdə yanğının başladığını və ölənlərin sayının arta biləcəyini bildirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə