Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatının "Əbu Miskin" kod adlı üzvü Şamil Hükümətov saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tacikistan məhkəməsinin barəsində həbs qərarı çıxardığı terrorçu və həyat yoldaşı İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.
Onların saxlanıldığı ünvanda terror təşkilatına məxsus sənədlər aşkalanaraq götürülüb.
Terror təşkilatına yeni üzvlər cəlb etmək və terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən Ş.Hükümətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, həyat yoldaşı barədə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
