Məzmuna keç

Ukraynada daha 650 rus hərbçisi məhv edilib

Ötən sutka ərzində ukraynalı müdafiəçilər daha 650 rus hərbçisini məhv ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisinin 222 min 650 nəfər çatıb.

Qeyd edək ki, Rusiya indiyədək 4 013 tank, 7 783 zirehli döyüş maşını, 3 438 operativ-taktiki PUA, 3 941 artilleriya sistemi, 376 hava hücumundan müdafiə sistemi, 617 reaktiv yaylım atəşi sistemi, 314 təyyarə, 307 helikopter, 1 214 qanadlı raket, 18 gəmi/qayıq, 6 678 avtomobil və tanker, 539 xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə