Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.
O, dünyada humanitar yardıma ehtiyacı olan insanların sayının ötən illə müqayisədə 30 faiz artdığını bildirib.
Məcburi köçkünlərin sayının 110 milyona çatdığını qeyd edən Quterreş 260 milyon insanın ciddi qida çatışmazlığı və aclıqla üzləşdiyini vurğulayıb.
BMT-nin Baş katibi bunun əsas səbəbinin həll edilməmiş münaqişələr və yeni başlayan müharibələr olduğunu deyib: "COVID-19 dövründə başlayan və Rusiyanın Ukraynaya hücumu ilə daha da ağırlaşan qlobal iqtisadi problemlər ən həssas təbəqədən olan insanlara ciddi təsir edib".
“Qlobal humanitar böhran dövrümüzün ən ciddi problemlərinə qarşı birgə hərəkət edə bilmədiyimizin sübutudur”, – deyə o bildirib.
Şəbnəm Mehdizadə
