Məzmuna keç

Türkiyədə boya fabrikində yanğın olub, yaralılar var –

Türkiyənin Bursa şəhərində boya fabrikində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın 2 saat davam edən əməliyyat tədbirləri nəticəsində söndürülüb.

Hadisə nəticəsində fabrikin 2 əməkdaşı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələllik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə