Dövlət Gömrük Komitəsinin (DGK) sədri, general-leytenant Şahin Bağırovun əmri ilə qurumun bütün əməkdaşlarının sərəncama göndərilməsi barədə məlumat yayılıb.
E-huquq.az xəbər verir ki, məlumatda qurumun strukturunun yenidən formalaşdırılacağı, işində ciddi nöqsanlara yol verənlərin, təqaüd yaşına çatmış şəxslərin əksəriyyətinin vəzifələrindən azad ediləcəyi iddia olunub.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov e-huquq.az-a açıqlamasında məlumatı təkzib edib.
"Yalan məlumatdır", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
