Türkiyənin İstanbul şəhərində 396 qeyri-qanuni miqrant deportasiya edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat verib.
O, ötən həftə 3 237 xarici vətəndaşla bağlı araşdırma aparıldığını bildirib.
Davud Gül 2 841 əcnəbinin deportasiya edilmək üçün digər əyalətlərdəki geri qaytarma mərkəzlərinə göndərildiyini qeyd edib.
Şəbnəm Mehdizadə
