Məzmuna keç

Siam əkizləri 17 saatlıq əməliyyatla bir-birindən ayrıldı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda siam əkizi olan uşaqlar əməliyyatla ayrılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Misirdən olan Selma və Sare adlı siam əkizlərinin əməliyyatı kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə həyata keçirilib.

Ər-Riyaddakı Kral Abdulla Uşaq Xəstəxanasında 17 saat davam edən uğurlu əməliyyat nəticəsində qonşu əkizlər ayrılıb.

Cərrah həkim Abdullah bin Əbdüləziz ər-Rabia əkizlərin 2021-ci ilin 23 noyabr tarixində ölkəyə gətirildiyini bildirib.

Onun sözlərinə görə, əməliyyat 31 mütəxəssisdən ibarət qrupun tərəfindən icra olunub. Həkim, sonuncusu 17 saat olmaqla ümumilikdə cəmi 57 saat çəkən əməliyyatın 4 mərhələdən ibarət olduğunu bildirib.

Şəbnəm Mehdizadə