Son 48 saat ərzində Tunisin Sfaks şəhəri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan 3 qayıq batıb.
E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, bu barədə Sfaks şəhəri Birinci İnstansiya Məhkəməsinin sözçüsü Fevzi əl-Mesmudi yerli mətbuata açqlamasında bildirib.
O, 152 nəfərin xilas edildiyini, 2-si körpə olmaqla 3 nəfərin öldüyünü bildirib.
Mesmudinin sözlərinə görə, itkin düşən 12 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, Tunisdə aprel ayında miqrantları daşıyan qayığın batması nəticəsində 210 nəfər həlak olmuşdu.
Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Tunisə gəlir. Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, digərləri isə dənizdə ölür.
Şəbnəm Mehdizadə
