Məzmuna keç

Taylandda məktəbdə partlayış olub, 1 nəfər ölüb, 21 nəfər yaralanıb

Taylandın paytaxtı Banqkokda orta məktəbdə partlayış olub.

E-huquq.az BBC-yə istinadən xəbər verir ki, yanğınsöndürmə üzrə təlim zamanı yanğınsöndürən balonun partlaması nəticəsində bir şagird ölüb, 21 nəfər yaralanıb.

Yaralananlardan 7-i yaxınlıqdakı xəstəxanalara aparılıb.

Təhsil Nazirliyinin rəsmiləri hadisə yerinə gedib.

Təlimdə istifadə olunan yanğınsöndürmə vasitələri ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə