İspaniyada xəstəxana və apteklərdə maska tələbi gələn həftə ləğv ediləcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Xose Minones Səhiyyə Şurasının iclasında bildirib.
Qeyd edilib ki, İspaniyada COVID-19 pandemiyası səbəbindən tətbiq olununan bu tələb gələn həftə aradan qaldırılacaq.
Rəsmi qərarın gələn həftə Nazirlər Kabinetinin yığıncağında qəbul ediləcəyi gözlənilir.
Səhiyyə Nazirliyinin rəsmiləri tələbin aradan qaldırılmasına baxmayaraq, maskalardan istifadəyə davam etməyi tövsiyə ediblər.
Qeyd edək ki, İspaniyada qapalı ərazilərdə maska taxmaq tələbi 2022-ci ilin aprelində aradan ləğv olunsa da, xəstəxana və apteklərdə bu tələb qüvvədə idi.
Şəbnəm Mehdizadə
