Məzmuna keç

“Vaqner”in Sankt-Peterburqdakı binası mühasirəyə alındı

Rusiyanın güc strukturlarının əməkdaşları “Vaqner” Xüsusi Hərbi Şirkətinin Sankt-Peterburqdakı binasını mühasirəyə alıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, binada yoxlama aparılır.

Məlumata görə, əməliyyatı Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları keçirir. Onlar binaya mülki geyimli şəxslərlə birlikdə daxil olublar.