SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev Xaçmaz Regional qaz istismarı İdarəsində bir qrup Birlik əməkdaşı ilə görüşüb.
E-huquq.az-ın məlumatına görə, qurum rəsmisi hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə yaxından maraqlanıb.
Qurum rəsmisi Regional İdarənin tabeliyində olan xidmət sahələrində çalışan ümumilikdə 12 əməkdaşı SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
Baş direktorun müavini görüşdə iştirak edən bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.
