Türkiyənin Qars şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin Digor adlı ərazisində iki avtomobil toqquşub, nəticədə avtomobillərdən biri aşıb.
Hadisə nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər xəsarət alıb.
Qəza yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar Qars və Iğdırdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
