Türkiyənin Şanlıurfa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onlardan 3-nün həyatını xilas etmək mümkün olmayıb.
Qəzada yaralanan digər iki nəfərin müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
