Məzmuna keç

Sabah Vaşinqtonda Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək

İyunun 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər. Məlumatda qeyd edilib ki, A.Mirzoyan artıq ABŞ-a səfərə yola düşüb.