Avropa İttifaqı Ukraynaya humanitar yardım çərçivəsində 16 milyon avro dəyərində 500 elektrik generatoru bağışlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə bu gün Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari (Balazs Ujvari) bildirib.
Onun sözlərinə görə, bu yardımın edilməsində məqsəd Kaxovka SES-in bəndinin dağıdılmasının yaratdığı çətinliklərlə mübarizəyə kömək etməkdir.
mənbə: apa
