“Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”.
E-huquq.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bəyan edib.
“Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”- deyə, o vurğulayıb.
