Məzmuna keç

Fransada iğtişaşlar zamanı 427 nəfər saxlanıldı

Fransa polisləri bu gecə ərzində ölkədə davam edən iğtişaşların 427 iştirakçısını saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Dermanen özünün "Twitter" səhifəsində yazıb.

"Axşam saatlarından indiyədək 427 nəfəri saxlayan polisin qətiyyətli hərəkətləri sayəsində gecə daha sakit keçib", – deyə o bildirib.