Məzmuna keç

Borc üstündə kütləvi davada 7 nəfər yaralandı

Türkiyənin Mardin şəhərində kütləvi dava olub.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, iki qrup arasında baş verən insident zamanı 7 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, tərəflər arasında dava borca görə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə