Məzmuna keç

Türkiyədə silahlı insident zamanı 3 nəfər ölüb

Türkiyənin Qaziantep şəhərində baş verən silahlı insidentdə 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şehitkamil rayonunda aralarında ədavət olan iki ailənin mübahisəsi silahlı insidentə çevrilib.

İnsident zamanı Şahin Erşen, Selman Çevik və İzzet Karakoç silahdan açılan atəş nəticəsində hadisə yerində ölüb, daha bir nəfər isə ağır yaralanıb.

Hadisə yerinə çox sayda polis və təcili yardım briqadası göndərilib. Yaralı şəxs xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə