"Hər dörd ukraynalıdan biri müharibə səbəbindən evini tərk etmək məcburiyyətində qalıb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu yaxınlarda Ukrayna hakimiyyəti məlumat verdi ki, 2022-ci ilin iyulundan bəri Donetsk, Xarkov və Xerson vilayətlərinin 139 min sakini döyüş bölgələrindən təxliyə edilib. Britaniya kəşfiyyatı qeyd edib ki, bu, Ukrayna xalqının başına gətirilən faciənin yalnız kiçik bir hissəsidir.
"BMT-nin hesablamalarına görə, 6,3 milyon ukraynalı qaçqın və 5 milyondan çoxu məcburi köçkün vəziyyətinə düşüb. Müharibədən əvvəl 44 milyon əhalisi olan Ukraynada əhalinin dörddə biri evlərini tərk etmək məcburiyyətində qalıb", – Britaniya MN-nin bəyanatında deyilir.
Şəbnəm Mehdizadə
