"Limansk, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində rus işğalçıları ilə ağır döyüşlər davam edir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, gün ərzində 39 toqquşma baş verib: "Baxmut istiqamətində işğalçılar Donetsk vilayətinin Minkovka və Boqdanovka ərazilərində hücuma keçib, lakin nəticəsiz qalıb. 10-dan çox yaşayış məntəqəsi düşmənin artilleriya atəşinə məruz qalıb. Düşmən Avdeevka şəhəri ərazisində uğursuz hücum həyata keçirib. Maryinka istiqamətində müdafiəçilərimiz düşmənin bütün hücumlarını dəf ediblər".
Şəbnəm Mehdizadə
