Yaponiyanın paytaxtı Tokioda restoranda partlayış olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən restoranda baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb.
Partlayışın baş verdiyi əraziyə yanğınsöndürənlər və polis qüvvələri göndərilib.
Hadisə nəticəsində restoranın 2 əməkdaşı və binanın yanından keçən 2 piyada xəsarət alıb.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
