“Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Şirvan şəhər sakinlərinin ixtiyarına verilib.
E-huquq.az xəbər verir ki, aksiyada ümumilikdə 4 müraciət ünvanlanıb ki, bunların da hamısı eyniyönümlü olub.
Daha dəqiq mikrofon önünə çıxan abonentlər qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər.
Səslənən hər 4 müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.
