Məzmuna keç

Ankarada iki avtomobil toqquşdu, 9 nəfər yaralandı

Türkiyənin Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki avtomobil toqquşduqdan sonra yolun kənarındakı maneələrə çırpılıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə