"İyulun 4-də səhər saat 6:00 radələrində Rusiya Silahlı Qüvvələri Xerson vilayətini atəşə tutub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xerson Vilayət Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb.
"Hazırda xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. Yaşayış binalarına ziyan dəyib. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbçiləri tərəfindən törədilən daha bir hərbi cinayəti sənədləşdirmək üçün hadisə yerində işləyirlər", – prokurorluqdan bildirilib.
Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, düşmən son sutka ərzində Xerson vilayətinə minaatan, artilleriya, aviasiya və PUA-lardan 400-dən çox mərmi ataraq 68 hücum həyata keçirib.
"Rusiya hərbçiləri rayonun yaşayış məntəqələrinə daxil olublar, 6 nəfər yaralanıb", – Prokudin bildirib.
Şəbnəm Mehdizadə
