Türkiyənin Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, terrorçular Şırnak vilayətinin Bestler-Dərələr bölgəsində ələ keçirilib.
Terrorçuların iyunun 7-də Siirt-Pərvarinin Doğanköy kəndi ərazisində bir əsgəri öldürüb, daha bir əsgəri isə yaraladığı məlum olub.
Şəbnəm Mehdizadə
