Məzmuna keç

Fəhlələri daşıyan mikroavtobus aşdı, 9 nəfər yaralandı

Türkiyənin Kahramanmaraş şəhərində fəhlələri daşıyan mikroavtobus aşıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Göksündə kənd təsərrüfatı işçilərini aparan mikroavtobus avtovağzal yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə