Türkiyənin Aksaray şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları çağırılıb.
Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
