İranın Fars vilayətinin Şiraz şəhərində aptekə hücum olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Sədra qəsəbəsində aptekləri soymağa cəhd edən 35 yaşlı hücumçu 5 nəfəri girov götürüb.
Fars əyalətinin polis rəisi Reham Bəhş Həbibi bildirib ki, polis qrupları hadisə yerinə gəldikdən sonra zabitlərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib.
Onun sözlərinə görə, polisin müdaxiləsi ilə bütün girovlar xilas edilib, hücum edən şəxs isə güllələnib.
Şəbnəm Mehdizadə
