""Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi şirkətinin qüvvələri geri çəkildikdən sonra Ukraynada döyüş meydanında yaranan boşluqları doldurmaq üçün Rusiya Federasiyası Ukrayna ərazisinə daha çox məhkum və çeçen döyüşçü göndərməyə hazırlaşır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Avropa kəşfiyyatının nümayəndələrinə istinadən "Bloomberg" nəşri məlumat yayıb.
""Vaqner"in getməsinin Ukraynadakı müharibənin gedişatını dəyişdirəcəyi gözlənilməsə də, Putinin tam hərbi səfərbərlikdən qaçması o deməkdir ki, Rusiyanın yaxın həftələrdə cəbhə bölgələrinə daha çox çeçen döyüşçü və məhkum göndərəcəyi ehtimalı var”, – nəşrin mənbələri qeyd ediblər.
Şəbnəm Mehdizadə
