Məzmuna keç

İstanbulda İŞİD-ə qarşı əməliyyatda 11 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyatda terror təşkilatına yardım etməkdə şübhəli bilinən şəxslərin ünvanları müəyyən edilib.

İstanbulun 7 rayonunda müxtəlif ünvanlarda eyni vaxtda keçirilən əməliyyatda 11 nəfər saxlanılıb.

Hazırda həmin şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə