Kiyev məhkəməsinin binasında partlayış olub.
E-huquq.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.
Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:
"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, daha sonra binanı tərk etməyə cəhd edib".
