Cənubi Afrika Respublikasında vəba epidemiyasında həyatını itirənlərin sayı 47-yə yüksəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Free State əyalətində daha 4 nəfər bu xəstəlikdən ölüb.
Nazirliyin açıqlamasında bildirilib ki, son bir neçə həftədə ölkə daxilində vəba hallarında azalma müşahidə olunur. 10 gündə cəmi 1 yoluxma qeydə alınıb.
Şəbnəm Mehdizadə
