Türkiyənin Manisa şəhərində yarışa gedən güləşçiləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Yük maşınının sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
