Türkiyənin Şanlıurfa şəhərində qohumlar arasında baş verən davada 3 nəfər bıçaqlanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət alanlardan biri davaya görə hadisə yerinə çağırılan polis əməkdaşıdır.
Yaralılar təcili tibbi yardımla şəhərin müxtəlif xəstəxanalarına çatdırıb. Yaralıların səhhəti qənaətbəxşdir.
Hadisə ilə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Şəbnəm Mehdizadə
