Cənubi Afrika Respublikasında zəhərli qaz sızması nəticəsində 16 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, Yohannesburqun şimalındakı Boksburq bölgəsində zəhərli qaz sızması nəticəsində həyatını itirənlərdən 3-ü azyaşlıdır.
Qanunsuz mədənçilərin yerləşdiyi qəsəbədə 16 nəfərin ölümünə səbəb olan zəhərli qazın ammonium nitrat olduğu açıqlanıb.
Şəbnəm Mehdizadə
