Türkiyənin İstanbul şəhərində 722 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Miqrant Qaçaqmalçılığı ilə Mübarizə və Sərhəd Qapıları Şöbəsi, Dəniz Limanı Şöbəsi və rayon polis şöbələrinin iştirakı ilə şəhərin müxtəlif yerlərində qeyri-qanuni miqrantlara qarşı yoxlamalar aparılıb. Yoxlamalar zamanı 722 qanunsuz miqrant saxlanılıb.
Miqrantlar polis bölməsində lazımi prosedurlardan sonra Rayon İmmiqrasiya İdarəsi Geri Göndərmə Mərkəzinə təhvil veriləcək.
Şəbnəm Mehdizadə
