Məzmuna keç

Qoşulmama Hərəkatının iclasında Bakı Bəyannaməsi qəbul edildi

Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasının yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bağlanış mərasimində çıxış edib.

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclasının bağlanışı olub. İki gün davam edən tədbirin yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.

Bakı Bəyannaməsi 1356 maddədən ibarət sənəddir.

Qeyd edək ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Görüşdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlər qəbul edilib.