"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü təşkilata üzv olan bütün ölkələrin birliyini və əməkdaşlıq ruhunu nümayiş etdirib".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekununda deyib.
Onun sözlərinə görə, bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır: "Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək”.
