Məzmuna keç

Bakıda Qoşulmama Hərəkatı Koordinasiya Bürosunun Nazirlər Toplantısı öz işini uğurla başa vurdu –

Azərbaycanda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı öz işini uğurla başa vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.

Geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:

– Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi,

– Yekun sənəd,

– Bakı Bəyannaməsi,

– Ev sahibi olan ölkəyə təşəkkür məktubu,

– 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə.