"Ukrayna qoşunları Baxmutun Kleşeyevka kəndi yaxınlığında hücum əməliyyatlarında uğur qazanır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Andrey Kovalev deyib.
"Baxmut istiqamətində müdafiə qüvvələri hücum əməliyyatlarını davam etdirir. Şəhərin şimalında və cənubunda əsgərlər düşmənə təzyiq göstərməkdə davam edir, onları əvvəllər ələ keçirilən xətlərdən çıxarırlar. Kleşeyevka bölgəsində hərbçilərimiz əldə olunan xətlərdə möhkəmlənirlər. Burada ağır döyüşlər davam edir", – o bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Baxmut şəhərinin Kleşeyevka kəndini Rusiya hərbçilərindən azad etməsi barədə məlumat yayılmışdı.
Şəbnəm Mehdizadə
