"Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir".
E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında bildirib.
“Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, – deyə dövlətimizin başçısı qeyd edib.
