Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, traktorla minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
