Türkiyənin Zonquldak şəhərinin 7 kəndində dabaq xəstəliyi aşkarlanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, xəstəliklə əlaqədar şəhərin 3 rayon və 136 kəndi karantinə alınıb.
Ereğli rayonunun bütün kəndlərində, Devrek və Gökçebeyin bəzi kəndlərində karantin rejimi tətbiq edilib.
Bölgədə heyvanların hərəkəti qadağan edilib. Sözügedən ərazilərdə heyvanların peyvəndlənməsi aparılır.
Təsərrüfat və Meşə İdarəsi tərəfindən təyin edilmiş baytar həkimlər kəndi ziyarət edərək maldarlıqla məşğul olan şəxslərə xəbərdarlıq edib. Heyvanların təbiətə buraxılmasının qadağan olduğunu bildirilib.
Karantinə alınan kəndlərin sayının artacağı barədə narahatlıqlar var.
Şəbnəm Mehdizadə
