Məzmuna keç

Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi

Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi 

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Rüstəm Xəlilov 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.