“Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün 500 gündür ki, mübarizə aparır”.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, münaqişə təhlükəsi yaranmağa başladığı andan müharibənin qarşısını almaq üçün əllərindən gələni ediblər:
“Bir çox sahələrdə göstərdiyimiz konkret yardımla da Ukrayna ilə həmrəyliyimizi nümayiş etdirdik. Digər tərəfdən, biz beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq”.
