Məzmuna keç

Ceyhun Bayramov: “Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir”

"Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub.

"Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir", – nazir vurğulayıb.